İnsanlara hürriyət, millətlərə istiqlal!

İrlandiya NATO-ya üzv olmaqdan imtina etdi

Rəsmi Dublin Rusiyanın Ukraynadakı apardığı təcavüzkar müharibə fonunda öz neytrallıq mövqeyindən əl çəkməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın baş naziri Leo Varadkar Financial Times qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə ilə əlaqədar Finlandiya və İsveçin bloka daxil olmaq qərarına baxmayaraq, İrlandiyanın belə bir fikri yoxdur.

"İrlandiya heç vaxt bir hərbi gücə çevrilməyəcək, hətta nə vaxtsa NATO-ya qatılsaq belə, burada aktiv rol oynamayacağıq”, - deyə o qeyd edib.

Leo Varadkar bununla bərabər, rəsmi Dublinin Ukraynaya qeyri-öldürücü hərbi texnika və humanitar yardım göndərəcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR