İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan son xəbər - 2 yaralı var

Bu gün saat 17:00 radələrində 3 silahlı vətəndaş İrəvanın Nor Nork rayonunun polis binasına soxulmağa cəhd edib.

Musavat.com bu haqda erməni mediasına istinadən bildirir.

Məlumata görə, onlar qumbaradan istifadə edib, nəticədə binaya daxil olmaq istəyənlərdən ikisi yaralanıb və xəstəxanaya yerləşdirilib. Ermənistan Daxili İşlər Nazirliyinin polisi bu barədə məlumat yayıb.

Basqınçılardan birinin hazırda polis idarəsinin qarşısında olduğu bildirilir. Onun zərərsizləşdirilməsi üçün müvafiq işlər aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR