İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan sərhəd açıqlaması: “Fikir birliyi yoxdur, bu hissədə...”

Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı bir çox məsələlərdə oxşar mövqeyimiz olsa da, fikir birliyi yoxdur.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Hələlik məsələlər müzakirə olunur, qərar yoxdur. Sərhədin delimitasiyası sahələri, ən mühüm prinsiplər - təhlükəsizlik, sosial-iqtisadi və hüquqi, bu məsələlərlə bağlı yekun qərar olana qədər sərhədlərin delimitasiyasına başlamaq barədə yekun qərar qəbul edə bilmərik”, - baş nazirin müavini vurğulayıb.

Ermənistan rəsmisi delimitasiya prosesinin Tavuşdan başlayacağı ilə bağlı müzakirələrə də toxunub:

“Qalan fundamental məsələlər üzrə konsensus olduqda həmin hissədən delimitasiyaya başlamaq qərarı mümkündür”.

Qriqoryanın sözlərinə görə, bir çox məsələlər müzakirə olunur, bir çox məsələlər də var ki, bunlar haqda təsəvvürlər oxşardır, amma fikir birliyi yoxdur./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR