İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Rusiya ilə bağlı çəkingən mövqe

Rusiyadan İrəvana növbəti xəbərdarlıq edildikdən sonra Ermənistan Moskva ilə münasibətlərdə ehtiyatlı davranmağa başlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın son bəyanatı gerçək vəziyyəti göstərir.

Abazyan deyib ki, Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsiylə bağlı yeni qərarlar yoxdur.

Xatırladılıb ki, martın 1-də Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi Ermənistan sərhədçilərinin nəzarətinə verilib. 2024-cü ilin ortalarından isə Zvartnots hava limanında xidmət yalnız erməni sərhədçiləri tərəfindən həyata keçirilir. Eyni vəziyyət İranla sərhəddə yerləşən Əkərək keçid məntəqəsinə də aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR