Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəsmilərinin Ankaraya yönəlik ritorikasında gözlənilməz yumşalma müşahidə olunur.
Musavat.com xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan verdiyi açıqlamada Türkiyənin Azərbaycanla münasibətlərin normallaşması prosesində müsbət rol oynaya biləcəyini bildirib. Nazir Ankara ilə bağlı bu yeni yanaşmasının Ermənistan diplomatiyasında mühüm dönüş olduğunu vurğulayıb.
Bununla yanaşı, Mirzoyan Bakı ilə birbaşa danışıqları "ən uğurlu format" adlandıraraq qeyd edib ki, digər ölkələr sadəcə bu prosesə yardımçı ola bilər, lakin əsas irəliləyiş tərəflərin birbaşa təması nəticəsində mümkündür.
Ermənistanın bu mövqeyi regiondakı sülh səyləri fonunda Türkiyənin artan diplomatik təsirini göstərir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ