Onlayn ictimai-siyasi qəzet
Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçirirlər.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları vergi yükünün artırılmasına qarşı 2300-dən çox imza toplayıblar.
Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bildirib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir.
O hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks təsirə səbəb olacaq.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ