Onlayn ictimai-siyasi qəzet
İrəvanda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, bundan sonra Rusiya ixracatçılarına geniş çeşidli xidmətlər təqdim olunacaq. Buraya potensial alıcıların axtarışı, danışıqların təşkili və sair daxildir. Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, Mərkəz Rusiya və Ermənistanın biznes icmaları arasında davamlı dialoqu davam etdirəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ