Onlayn ictimai-siyasi qəzet
Bu gün İrəvanda qanlı hadisə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Saat 09:15 radələrində İrəvan təcili tibbi yardım mərkəzindən Ermənistan Daxili İşlər Nazirliyinin Maştots idarəsinin növbətçi həkim qrupunun inzibati ərazi dairəsi üzrə istintaq şöbəsinə siqnal daxil olub. Məlum olub ki, Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin ərazisində güllə yarası olan bir adam tapılıb.
Polis və müstəntiqlər binanın mühafizə şöbəsində qanlı izlər və “Makarov” tapançası aşkarlayıblar. 25 yaşlı Vaaqn M.-in “Makarov” markalı xidməti tapança ilə özünü güllələməyə cəhd etdiyi iddia olunur.
Faktla bağlı Ajapnyak və Davitaşen rayonlarının istintaq şöbəsində cinayət işi başlanıb. Müstəntiqin qərarı ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, Vaaqn M. Ermənistan Daxili İşlər Nazirliyinin Dövlət Polisinin Baş İdarəsinin Maştots mühafizə şöbəsində polis işləyir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ