Onlayn ictimai-siyasi qəzet
Dekabrın 14-də İrəvanda fövqəladə hadisə baş verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Nor Nork polis şöbəsinə saat 01:15-də güllə yarası almış 2 vətəndaşın tibb mərkəzinə gətirildiyi barədə məlumat daxil olub.
Həkimlər xəstəxanaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaralılarla bağlı dəqiq məlumat verə bilməyiblər. Tibb işçiləri həmin şəxslərin həyatda qalması üçün mübarizə apararkən polis yaralıların 25 yaşlı Albert Sepyan və 26 yaşlı Babken Matevosyan (İrəvan sakinləri) olduğunu müəyyən edib. Onların hər ikisinin döş nahiyəsində yaralar olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin harada baş verdiyini və adıçəkilən şəxslərin harada xəsarət aldığını müəyyənləşdirirlər.
Faktla bağlı cinayət işi başlanıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ