Onlayn ictimai-siyasi qəzet
İrəvanda azyaşlı bir qızın oğurlanması ilə bağlı Ermənistan polisi tərəfindən əməliyyat keçirilib. Hadisə dünən baş verib.
Musavat.com xəbər verir ki, polisin məlumatına görə, qızcığazı onun bioloji anası, ananın hazırkı həyat yoldaşı və daha iki nəfər birgə oğurlayıb.
Axşam saatlarında oğurluqda iştirak edən şəxslər, o cümlədən bir xarici vətəndaş, İrəvandan çıxış zamanı “Bagraşen” sərhəd-keçid məntəqəsində saxlanılıblar. Azyaşlı qız da onlarla birlikdə tapılaraq müvafiq qurumlara təhvil verilib. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ