Onlayn ictimai-siyasi qəzet
Dünən gecə İrəvanın mərkəzində narkotik saxlamaqda şübhəli bilinən şəxs azərbaycanlı diversant deyil.
Musavat.com-un məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyi hadisə ətrafında yaşanan ajiotaja münasibətini bu şəkildə bildirib.
Nazirlik sosial şəbəkələrdə yayılan şayiələrə münasibət bildirərkən əlavə edib ki, saxlanılan şəxs Rusiya Federasiyası vətəndaşıdır. Məlumata görə, onun üzərində qadağan olunmuş maddə aşkar edilməyib, Ermənistana turist kimi gəldiyi məlum olub və sonra sərbəst buraxılıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ