Onlayn ictimai-siyasi qəzet
İrəvanda saat 15:00-dan 20:00-dək polis bir çox əsas küçələri vətəndaşların gediş-gəlişi üçün bağlayacaq. Bu, əsasən "Azadlıq meydanı"na aparan yollardır.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Qeyd olunur ki, bu, mərkəzdəki tədbirlə əlaqədardır.
Tədbir çərçivəsində Ermənistanın baş nazirinin çıxışı planlaşdırılır. Bununla əlaqədar, bir gün əvvəl revanşist arxiyepiskop Baqrat Qalstanyan etirazçılara çağırış edib. O, Paşinyana qarşı çıxış etmələri üçün əhalini saat 16:00-a "Azadlıq meydanı"na çağırıb.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ