Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçirilən aksiyada insident yaşanıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Belə ki, iyulun 26-da vətəndaşlardan biri İrəvanda Baqramyan prospektini bağlayan itkin düşmüş hərbçilərin valideynlərini “mal-qara” adlandırıb. Məlumata görə, bundan sonra vəziyyət gərginləşib. Hadisəyə polis müdaxilə edərək kişini oturduğu yerdən uzaqlaşdırıb.
İtkin düşən hərbçilərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələbi ilə prospekti bağlayıblar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ