Onlayn ictimai-siyasi qəzet
Avropada Qərbi Azərbaycan mövzusu haqqında geniş məlumat yoxdur. Hesab edirəm ki, Avropa ölkələrində təqdimatlar keçirməklə, regionun, Azərbaycanın tarixi barədə məlumatlar təqdim etməklə buna töhfə vermək olar. Mən də bu prosesə məmnuniyyətlə dəstək verərəm.
Bu fikirləri Musavat.com-a özəl açıqlamasında İrəvan xanı Hüseynəli xanın varisi, Almaniyada yaşayan Əmir Əli Sərdar İrəvani bildirib.
"Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini" mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda iştirak üçün Bakıya gələn Sərdar İrəvani konfransın işini yüksək qiymətləndirdiyini qeyd edib: "Konfransın beynəlxalq formatda tərtib olunması, xarici qonaqların dəvət edilməsi təqdirəlayiqdir. Bu cür konfransların təkcə, Azərbaycanda deyil, xarici ölkələrdə də, xüsusilə, Avropa İttifaqı ölkələrində keçirilməsi yaxşı olar. Biz beynəlxalq ictimaiyyətə müstəqil Azərbaycan tarixinin ötən əsrin əvvəllərində deyil, daha öncəki dövrdə başladığını aydın anlatmalıyıq", deyə S.İrəvani bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ