İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “Titanikə bilet”ə görə Rusiyaya “xox” gəlir

Belə görünür ki, Ermənistan artıq özünü çox müstəqil və qürurlu dövlət hesab edir və 7 dəqiqəlik süjetə “ağrılı reaksiya” göstərir

Xəbər verildiyi kimi, Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib. “Rossiya-1" telekanalında  "Vesti Nedeli" verilişində səslənən fikirlərə görə Rusiyanın Ermənistandakı səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfir Kopırkinə etiraz notası təqdim olunub. 

Qeyd edək ki, proqramın müəllifi Dmitri Kisilyov təxminən 7 dəqiqəlik süjetdə Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı mövqeyini təqdim edib. Jurnalist deyib ki, bu dəhlizin açılması 2020-ci ildə üçtərəfli razılaşmada nəzərdə tutulub və sənəddə Paşinyanın imzası var. Kisilyov Azərbaycan Prezidentinin Ermənistandakı rejimi faşist adlandırdığını da deyib. Amma o, Ermənistanın da Azərbaycana eyni mövqedə baxdığı haqda Paşinyanın dediklərini də efirə verib. Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı başladığı prosesə toxunan müəllif belə olduğu halda Avrasiya İqtisadi İttifaqının ermənilər üçün olan ucuz enerji ala bilməyəcəyi haqda Rusiya baş nazirinin dediklərinə yada salıb. Kisilyov baş nazirin “Avropa Birliyinə üzvlük Titanikə bilet almaqla müqayisə oluna bilər”dediyini də efirə verib. Belə görünür ki, İrəvan artıq özünü çox müstəqil və qürurlu dövlət hesab edir və bu cür məsələlərə “ağrılı reaksiyasını” göstərir. Bununla həm də Avropa Birliyinə üzvlük və ABŞ-la sənədə görə Rusiyadan qorxmadıqlarını göstərməyə çalışırlar.

İlyas Hüseynov: Partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəm

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın kənardan təsirlər nəticəsində riskli və müəyyən mənada cəsarətli addımlar atdığının şahidi olmaqdayıq: "Kənardan təsir olmasa, İrəvan heç zaman bu cür addımlar atmağa cürət etməz. ABŞ-la strateji tərəfdaşlıq sazişinin imzalanması, Avropa İttifaqına üzvlük üçün ümumxalq səsverməsinin keçirilməsinə cəhdlər qarşıdakı dövrdə Ermənistanın Rusiyaya qarşı daha güclü şəkildə demarş etməsinə gətirib çıxaracaq. Rusiyanın bütün bu proseslərə münasibəti bir qədər biganə və ya soyuq görünür. Rəsmi İrəvanı cürətləndirən həm də bu vəziyyətdir. Buna cavab olaraq Rusiya qarşıdakı dövrdə müəyyən cəza tədbirlərini nəzərdən keçirə bilər. Amma Rusiya-Ukrayna müharibəsi və onun yaratdığı iqtisadi şərait buna geniş imkanlar yaratmır. Məsələ bundan ibarətdir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq kursunu götürəcəksə, Moskva-İrəvan  münasibətləri necə olacaq? Ermənistan onda da indiki kimi Rusiyadan qorxmadığını nümayiş etdirə biləcəkmi? Rusiya Ermənistanın bugünkü davranışlarını qarşıdakı dövrdə sorğulayacaq. Bu gün Ermənistanın qorxacağı həddə sorğulamaq imkanları yoxdursa, o demək deyil ki, həmişə belə qalacaq. Rusiya gec-tez Ermənistana başa salacaq ki, ondan qorxması lazımdır. Onda görünəcək ki, Ermənistanın bugünkü addımları həqiqətən də “Titanikə bilet almaq” imiş..."  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR