Onlayn ictimai-siyasi qəzet
Son günlər Tavuşda (Tovuzqala) mövcud olan vəziyyətlə əlaqədar İrəvan-Tiflis marşrutu müvəqqəti olaraq dəyişdirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sərnişindaşıma şirkətlərindən biri məlumat yayıb.
Avtomobillər adətən İrəvanı tərk edir, sonra Abovyan-Göyçə-Dilican-İcevan-Noyemberyan marşrutu ilə hərəkət edir, daha sonra Baqrataşen kəndi yaxınlığından Gürcüstanla sərhədə gedirlər. Amma indi şirkət marşrutunu dəyişib, Vanadzor və Alaverdi vasitəsilə iki alternativ yol ilə sərnişinləri Gürcüstana çatdırır.
Delimitasiyadan sonra istisna deyil ki, şirkət İcevan və Noyemberyandan keçən yoldan tamamilə imtina etsin.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ