İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Qərbə buna görə yalvarır – Nə demokratiya, nə xristian dəyərləri...

Ermənilərin “Hayastan” adlandırdığı, əslində qədim Türk yurdu Ermənistanda ağıllı sözə qulaq vermək ənənəsi çoxdan yoxdur. Olsaydı, indiki miskin günə düşməzdilər ki.

Bəllidir ki, bu təkəbbürlü xalq həmişə başından yekə iddialarla, heç vaxt reallaşmayacaq xülyalarla yaşayıb. Təəssüf ki, 44 + 1 günlük müharibədən sonra da geniş anlamda onun ictimai şüuru, psixologiyası dəyişməyib. Bunca faciələrdən dərs götürməyən “Qafqaz qaraçıları”nı qonşu aborigen millətlər üçün, özəlliklə Azərbaycan üçün ən təhlükəli edən məhz budur: ermənilərin xam xəyalların əsiri olmağa davam etməsi.

Çünki onların xəstə, toksik xislətindən daim xaricdəki türkofob, islamofob ölkələr, regionu qarışdırmağa, alova bürüməyə çalışan məkrli çevrələr məharətlə istifadə edib və edir - öz maraqları naminə əlbəttə ki. Altını da həmişə erməni toplumu çəkib.

Fəqət, eyni yola baş vurub eyni bataqlığa girməkdən bezmirlər, usanmırlar, utanmırlar. Ona görə ki, heç vaxt günahı, səbəbi özlərində görməzlər, əksinə, özlərini daim haqlı sayar, özünütənqid nədir bilməzlər. Nadir millət, unikal “nüsxə”dir...

Yada salın, Azərbaycan uzun illər ərzində Qarabağdakı bir ovuc erməniyə ən yüksək muxtariyyət vəd elədi, az qala yalvardı, qarşı tərəf isə bundan israrla qaçdı. Faktiki Bakıdan müstəqillik, “ikinci erməni dövləti”nə razılıq tələb elədilər. “Göydən yerə” enmək istəmədilər. Yekin məlum: Azərbaycan Ordusu özü onları yerə endirdi, həm də ağrılı və layiq olduqları bir şəkildə.

İndi it kimi peşmandırlar. Ona görə ki, təklif olunan “çox”u götürmədilər, əvəzində “az”dan da oldular. Amma çifayda? Ağızları yansa da, sanki heç nə olmayıbmış kimi, indi də anti-Türk düşmənlərinin əli ilə “miatsum” havasını təzə “aranjeman”da dünyaya sırımağa çalışırlar...

Artıq bu da gün kimi aydındır ki, Ermənistan Qərbə, NATO-ya, “Avropa ailəsi”nə inteqrasiya naminə, yaxud daha etibarlı təhlükəsizlik çətiri tapmaq naminə yox, məhz “böyük ermənistan” layihəsinə yeni havadarlar tapmaq naminə Rusiyadan qopmaq istəyir. Nə demokratiya, nə xristian-Qərb dəyərləri?

Bunu NATO üzvü Türkiyə, hətta ABŞ başda olmaqla Qərb dövlətləri də gözəl anlayır. O zaman hansı ağılla İrəvan bu Alyansa can atır? Axı blokun yeni üzv qarşısında qoyduğu ümumi tələb-standartlar öz yerində, məgər İrəvanda bilmirlər ki, Ermənistan qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından, saxta “soyqırımı” ittihamından rəsmən (!) imtina etməyincə, o sırada konstitusiyasını, gerbini beynəlxalq hüquqa uyğunlaşdırmayınca Ankara onun NATO üzvlüyünə razılıq verməz?

Bilirlər. Ancaq yenə “bəlkə”lərə ümid edirlər. “Bəlkə” isə olmayacaq. “Bəlkə”lər qurtardı. NATO-ya üzv olmadan Avropa Birliyinə qoşulmaq isə 4 təkərli maşını üç təkərlə sürmək kimi mınasız işdir. Üstəlik, bu qurumun öz taleyi yaxın perspektiv üçün dumanlı görünür...

“Digər təhlükəsizlik platformalarını axtarmağa gəldikdə, onların real olduğunu düşünmürəm. Bilmirəm, iqtidarın Ermənistanın NATO-ya üzv olacağını söyləməsi nə dərəcədə ciddidir, amma Ermənistan heç vaxt NATO-da olmayacaq. Avropa İttifaqının üzvü də olmayacaq. Biz üzvlüyə çatanda Avropa İttifaqının özü dağılacaq”.

Bu ağlabatan fikrin müəllifi Ermənistanın keçmiş baş naziri Qrant Baqratyandır.

Baqratyan hesab edir ki, İrəvanın NATO-ya doğru addım atması Rusiyaya görə mümkün də deyil. “Bəli, bizim Qərbdə dostlarımız var. Bəziləri ilə hətta strateji münasibətlərimiz də var, amma ümumi tendensiya dəyişmir. Məsələ ondadır ki, Qərb Ermənistanın yox, Rusiyanın düşmənidir. Ermənistan maraq bununla bağlıdır”, - Baqratyan vurğulayıb.

Yəni yenə ermənilərdən maşa kimi istifadə eləmək məsələsi. Odla təmasda olan, yanan isə həmişə maşa olur, onu tutan əl yox...

Z.SƏFƏROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR