İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Moskvadan uzaqlaşmaq üçün nümayişkaranə addımlar atır - Rusiya XİN

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında (BCM) Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşmaq istiqamətində ümumi tendensiyanın bir hissəsidir.

Musavat.com xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində deyib.

“Təəssüf ki, bu aksiya son zamanlar formalaşmış tendensiyaya uyğundur. İrəvan tərəfdən biz getdikcə daha çox Rusiyadan uzaqlaşmaq məqsədi daşıyan nümayişkaranə addımlar görürük.

Əminəm ki, tarix hər şeyi öz yerinə qoyacaq. Uzaqlarda bəzi himayədarlar axtarışı və kiminsə xoşuna gəlmək istəyi Rusiya və Ermənistan xalqları arasında əsrlər boyu (?) formalaşmış nadir tarixi dostluq və qarşılıqlı anlaşma bağlarını silməyəcək”, - deyə Ryabkov söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR