İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan meriyası onları “WhatsApp”la işdən çıxardı

İrəvanda avtobus sürücüləri tətil edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tətil edən sürücülər “WhatsApp” tətbiqi vasitəsilə işdən çıxarılmaları barədə bildiriş alıblar.

Bu barədə jurnalistlərə işdən çıxarılan sürücülərin özləri aldıqları bildirişi göstərərək bildiriblər.

İşdən çıxarılan sürücülərin sayı 20 nəfəri keçib.

Qeyd olunur ki, “Yerevan Bus” QSC-nin sürücüləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə dekabrın 3-ü səhər saatlarında elan olunmamış tətilə başlayıblar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR