İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan meri: "Ruslar şəhəri təmizləyir, biz isə çirkləndiririk"

İrəvan meri Hraçya Sarkisyan ermənilərin təmizlik mədəniyyətinin olmamasından gileylənib. AzVision.az xəbər verir ki, o işgüzar görüşlərin birində "şəhərin çirklənməsinə görə cəzalar təkcə hüquqi şəxslərə deyil, fiziki şəxslərə də şamil edilməlidir" deyib.

Mer vurğulayıb ki, o, şəhərin İrəvan sakinləri tərəfindən deyil, Rusiya Federasiyasından gələn vətəndaşlar tərəfindən təmizləndi üçün utanır.

"Hazırda müəyyən şəxslərə qarşı inzibati xətalar haqqında protokollar tərtib edilmir. Mən utanıram ki, Rusiya Federasiyasından gələn vətəndaşlar şəhəri təmizləməyə başlayıblar. Biz isə onu çirkləndirməkdə davam edirik", - Sarkisyan gileylənib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə İrəvanda və bölgələrdə müxtəlif təmizlik aksiyaları təşkil edən əcnəbi vətəndaşların videolar yayılmışdı.

Mer hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək, artıq prosedurların sadələşdirildiyini, onların əllərində olan planşetlərdən istifadə edərək qaydanı pozanları tez bir zamanda müəyyən edə bildiklərini xatırladıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR