İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan-Bakı arasında 2 reys həyata keçirilib: Təyyarədə KİMLƏR OLUB...

2025-ci ilin yanvar-iyun ayları ərzində İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət aviareysi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə yüksək vəzifəli xarici rəsmilər olub”, - deyə nazirlikdən bildirilib.

Nazirlik qeyd edib ki, dövlət reyslərinin yerinə yetirilməsinə icazəni Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verildiyi üçün onların əlavə məlumatı yoxdur.

Məlumatda bildirilir ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR