İnsanlara hürriyət, millətlərə istiqlal!

“İravunk” Paşinyanın qorxularından YAZDI

Ermənisitanın hakim “Vətəndaş sazişi” partiyasının Sayat-Nova küçəsi 40 ünvanında yerləşən mərkəzi ofisində dünən “hərbi vəziyyət” hökm sürüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti yazıb.

“Şahidlər vəziyyəti məhz belə təsvir edirlər. Əgər əvvəllər Nikol Paşinyanın səfərləri zamanı onlar yalnız avtomobillərin “təmizlənməsi” ilə kifayətlənirdilərsə, bu dəfə hərbi polisin bütün qüvvələri əraziyə cəlb olunub. Əslində, belə çıxır ki, ya Nikol Paşinyanı qorumaq üçün kifayət qədər qırmızı beret və polis yoxdur, ya da onun qorxuları artıq patoloji xarakter alır”, - deyə nəşr qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR