İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq Suriya və İordaniya ilə sərhədə zirehli texnika yeritdi

 

İraq Müdafiə Nazirliyi, Suriya və İordaniya ilə sərhədə zirehli texnika göndərildiyini açıqlayıb.

Musavat.com-un məlumatına görə nazirlik açıqlayıb ki, bu addım İraq-Suriya sərhədindəki "Əl-Qaim" keçid məntəqəsində təhlükəsizliyi təmin etmək məqsədilə atılıb.

Nazirlikdən verilən məlumata görə, sərhəd bölgəsində son vaxtlar təhlükəsizlik tədbirləri gücləndirilib. Bundan əvvəl də ölkə hakimiyyəti Mosulun şimal-qərbində əlavə zirehli qüvvələr yerləşdirərək təhlükəsizliyi artırmaq üçün tədbirlər görmüşdü.

Bu addımların artan regional təhlükəsizlik təhdidlərinə qarşı atıldığı ehtimal olunur. Hazırda sərhəd boyunca vəziyyət diqqətlə izlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR