İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq 9 yaşdan etibarən qızların nikahına icazə verən qanun qəbul edib

 İraq qanunvericiliyi 21 yanvar tarixində edilən dəyişikliklərlə rəsmi olaraq bəzi hallarda 9 yaşdan etibarən qızların nikahını qanuniləşdirib.

Musavat.com xəbər verir ki, hazırkı qanunvericilikdə əksər hallarda evlənmək üçün minimal yaş həddi 18 olaraq təyin edilsə də, yeni dəyişikliklər din xadimlərinə İslam hüququnun şərhinə əsaslanaraq qərarlar qəbul etməyə icazə verir.

Bu dəyişiklik İslam hüququnun Cəfəri məktəbinin təlimlərinə uyğun olaraq, bəzi hallarda yeniyetməlik dövründə, hətta 9 yaşda olan qızların evlənməsinə imkan tanıyır. Cəfəri hüququna əsaslanan bu yanaşma İraqın bir çox şiə dini liderləri tərəfindən dəstəklənir.

Dəyişikliyin tərəfdarları, əsasən, konservativ şiə millət vəkilləridir. Onlar bu addımı İraq qanunlarını İslam prinsipləri ilə uyğunlaşdırmaq və Qərb mədəni təsirini azaltmaq məqsədi ilə əsaslandırırlar.

Lakin bu qərar İraq daxilində və beynəlxalq aləmdə geniş mübahisələrə səbəb olub. İnsan hüquqları müdafiəçiləri və Qərb təşkilatları bu dəyişikliyin uşaq hüquqlarını pozduğunu və erkən evliliklərin mənfi nəticələrini vurğulayırlar. Hazırda məsələ ilə bağlı yerli və beynəlxalq səviyyədə müzakirələr davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR