Onlayn ictimai-siyasi qəzet
İranlı tələbə qız Naxçıvanda intihara cəhd etdi.
Musavat.com xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, 2001-ci il təvəllüdlü İran vətəndaşı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbəsi Mehtabi Sana Məmmədsadiq qızı kirayə qaldığı evdə huşsuz vəziyyətdə tapılıb.
O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin araşdırma zamanı onun küllü miqdarda dərman qəbul etdiyi məlum olub.
İran vətəndaşı mərkəzi xəstəxanadan Naxçıvan Sağlamlıq Mərkəzinə köçürülüb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Musavat.com
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ