İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı generaldan ŞOK: nüvə silahından güclü olan gizli silahımız var

 

İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəmi beynəlxalq dairələrdə geniş rezonans doğuran bəyanatla çıxış edib. Onun sözlərinə görə, İran nüvə silahından əhəmiyyətli dərəcədə güclü olan gizli silahlara malikdir.

Musavat.com xəbər verir ki, general bunu İran mətbuatına müsahibəsində İran ərazisinə mümkün hücumlarla bağlı İsrail tərəfindən artan təhdidləri şərh edərkən deyib.

Rüstəmi qeyd edib ki, bu silahlar ən ciddi şəkildə saxlanılır və onlar haqqında məlumatın gizliliyi ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Bəyanat İranda hərbi doktrina, xüsusən də qeyri-nüvə sferasına yenidən baxılması ilə bağlı fəal müzakirələr fonunda verilib. Generalın sözlərinə görə, bu cür silahların olması İrana öz müdafiə qabiliyyətini və xarici təhdidlərdən qorunmasını təmin etmək üçün nüvə texnologiyasından asılı olmamağa imkan verir.

Bu bəyanatlar İran və İsrail arasında gərginliyin artması, eləcə də beynəlxalq ictimaiyyətdə hərbi münaqişənin mümkünlüyü ilə bağlı müzakirələr zamanı səslənib. Son həftələr İsrail rəsmiləri İrandan milli təhlükəsizliklərinə təhlükənin artdığına inandıqları təqdirdə İran hədəflərini vurmağa hazır olduqlarını dəfələrlə bildiriblər.

 

Nəsimi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR