İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE

İran Azərbaycana yeni səfir təyin edib. Məlumatı ötən gön İranın Xarici İşlər Nazirliyi açıqlasa da, yeni səfirin adı məlum deyildi. Bu gün İran mətbuatı yazıb ki, yeni səfir Müctəba Dəmirçili olacaq.

O, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri vəzifəsində çalışır.

Musavat.com modern.az-a istinadən bildirir ki, Müctəba Dəmirçili 1966-cı ildə Təbrizdə anadan olub. O, beynəlxalq münasibətlər və hüquq üzrə bakalavr, Siyasi elm üzrə magistr təhsili alıb. Dəmirçilo geosiyasət üzrə fəlsəfə doktorudur. 

Təcrübəli diplomat indiyədək bir çox vəzifələrdə çalışıb. Dəmirçilinin tutduğu vəzifələrin siyahısı aşağıdakı kimidir:

– İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2010-cu illərdə)

– İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə Katibliyinin rəisi;

– İran Xarici İşlər Nazirliyinin Şərqi Asiya və Okeaniya Departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya ölkələri departamentinin direktor müavini;

– İranın Ukraynadakı səfirinin müavini;

– İran Xarici İşlər Nazirliyinin KİV-lə əlaqələr departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə ikinci departamentinin direktor müavini;

– İranın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci katibi;

– İranın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014-2018)

Tərcümeyi-halından göründüyü kimi, onun elmi təcrübələri də genişdir. Belə ki, diplomatın beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş SSRİ respublikaları və idarəetmə mövzularında elmi araşdırmaları, “Xəzər dənizində neft yataqlarının qanuni işlənməsi” adlı kitabı mövcuddur.

Diplomatın şəxsi həyatına gəlincə, o, evlidir və iki övladı var. İngilis və türk dilini bilir.

Maraqlıdır ki, 2023-cü ildə İran mətbuatında Dəmirçilinin Azərbaycana səfir təyin ediləcəyi barədə xəbər yayılsa da, sonradan bu məlumat rəsmi olaraq təkzib edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR