İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Təhsil Nazirliyi: “Özəl məktəblərə ödənişdə namaz, hicab, iffətin təsiri var”  

İranda Təhsil Nazirliyi özəl məktəblərin ödənişi ilə bağlı namaz, hicab, iffət məsələsini önə çəkib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Qeyri-dövlət məktəbləri və mərkəzləri təşkilatının rəhbəri Əhməd Mahmudzadə deyib ki, qeyri-dövlət məktəblərinin təhsil haqqının müəyyən edilməsində namaz, hicab və iffətin təsiri var:

“Beləliklə, mədəni-maarif yönümlü, mədəni-kütləvi müsabiqə və festivallarda iştirak edən, fəal şagird təşkilatları olan məktəblər, namaza, hicaba və iffətə diqqət yetirməlidirlər və bu kimi şeylər onların təhsil haqqının müəyyən edilməsində təsirli olar”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR