İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın müdafiə naziri açıq şəkildə HƏDƏLƏDİ: "ABŞ-ın bütün hərbi bazalarını vuracağıq"

İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Əziz Nasirzadə ABŞ-a qarşı sərt və hədə dolu açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, regionda mümkün qarşıdurma halında ABŞ qüvvələrinin ciddi itkilər verəcəyini və nəticədə bölgəni tərk etmək məcburiyyətində qalacağını bildirib.

Nazir bəyan edib: “Əgər qarşıdurma bizə tətbiq edilərsə, qarşı tərəfin itkiləri mütləq şəkildə daha çox olacaq və ABŞ bölgəni tərk etməyə məcbur qalacaq... Biz ABŞ-ın regiondakı bütün hərbi bazalarını heç bir şeyi nəzərə almadan hədəfə alacağıq”.

Əziz Nasirzadə həmçinin İranın hərbi potensialı ilə bağlı son yeniliyi də açıqlayıb. Onun sözlərinə görə, İran ordusu keçən həftə 2 tonluq döyüş başlığına malik yeni ballistik raketi uğurla sınaqdan keçirib. Bu raket “Qasım Bəsir” adlanır və yüksək dağıdıcı gücə malikdir. Nazir bildirib ki, bu silah sınağı düşmənlərə açıq mesajdır və İranın müdafiə hazırlığının göstəricisidir.

Bu sərt bəyanat İran-ABŞ münasibətlərində gərginliyin artdığı, xüsusilə də Yaxın Şərqdə - İraq, Suriya, Qırmızı dəniz və Fars körfəzində qarşıdurma riskinin yüksəldiyi bir dövrdə səsləndirilib.

İran rəhbərliyi ABŞ-ın bölgədəki mövcudluğunu “işğalçı və təxribatçı” adlandıraraq hərbi cavabın zəruri olacağı mesajını verir.

Qeyd edək ki, bu açıqlama dövlət xəbər agentliyi IRNA vasitəsilə yayımlanıb və hazırda İranın rəsmi mövqeyi kimi təqdim olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR