İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın hədəfləri VURULDU - SON DƏQİQƏ

Prezident Co Baydenin göstərişi ilə ABŞ Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və iranyönlü qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.

Nazirin sözlərinə görə, bu zərbələr İsrail və Fələstin münaqişəsi ilə bağlı deyil.

Ostin qeyd edib ki, ABŞ İraq və Suriyada Amerika əsgərlərinə qarşı oktyabrın 17-də başlayan hücumlara cavab verib.

Məlumata görə, hücum F-16 qırıcıları tərəfindən həyata keçirilib.

İtkilər barədə məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR