İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın əyalət mollasının Təbrizə göndərilməsi xəbəri ETİRAZLA QARŞILANDI

İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və cümə imamı Seyid Həsən Amuli Təbrizə imam-cümə vəzifəsinə göndəriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Həsən Amuli yaxın illərdə Tehranın cümə imamı da ola bilər.

Ancaq onun Təbrizə təyinat alması ilə bağlı paylaşımdan sonra ərdəbillilər bunu sevinclə, təbrizlilər isə etirazla qarşılayıblar.

Belə ki, ərdəbilli media istifadəçiləri hökumət mollasının Azərbaycana və azərbaycanlılara qarşı münasibətinə görə, onun Güney Azərbaycanın tarixi şəhərindən uzaqlaşdırılmasından məmnunluqlarını ifadə ediblər.

Digər tərəfdən isə, təbrizlilər eyni səbəbdən Amulinin Güney Azərbaycanın paytaxtı sayılan Təbriz şəhərinə təyin olunmasını etirazla qarşılayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR