İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Dəməşqdəki səfirlik əməkdaşları şəhəri tərk etdi-VİDEO

Dəməşqin müxalif qüvvələr tərəfindən azad edilməsindən dərhal sonra İranın bu şəhərdəki səfirliyinin əməkdaşlarının səfirliyi tərk etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, Sosial şəbəkələrdə yayılan videolarda səfirliyin qarşısının boş olduğu və SEPAH-a bağlı silahlıların da şəhərdən uzaqlaşdığı görünür.

Məlumatlara görə, İran nümayəndələri və onlara bağlı qüvvələr hadisələrdən sonra Dəməşqi tərk edərək təhlükəsiz bölgələrə çəkiliblər. Bu addım, müxalif qüvvələrin şəhərdəki hakimiyyətini gücləndirməsi ilə əlaqələndirilir. Hadisə bölgədəki vəziyyətin nə qədər gərgin olduğunu göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR