İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı xəbəri TƏKZİB ETDİ

İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" agentliyinin sabiq prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması səbəbi ilə bağlı məlumatını təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Baş Qərargahın ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.

"Fars" agentliyi daha əvvəl mənbələrə istinadən məlumat vermişdi ki, Rəisinin helikopterində sərnişinlərin sayı normadan artıq olduğu üçün nəqliyyat vasitəsi lazımi hündürlüyə yüksələ bilməyib və pis hava şəraitində dağa çırpılıb.

Qeyd edək ki, İranın xüsusi xidmət orqanları “Rəisi işi” ilə bağlı 30 min adamı dindirib, bütün ifadələr helikopterin qəzaya uğramasında insan faktorunun olmadığını göstərir.

Xatırladaq ki, mayın 19-da Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə prezidentdən başqa xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Əl-Haşim, prezidentin mühafizə rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun general Mehdi Musəvi, həmçinin ekipaj komandiri polkovnik Səid Tahir Mustafavi, ikinci pilot polkovnik Möhsün Dəryanuş və texnik Bəhruz Hadi olub. Qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR