İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşavirinin müavini ayətullah Möhsün Qumi rəsmi səfər çərçivəsində Moskvaya gəlib.
Musavat.com xəbər verir ki, İranın Rusiyadakı səfirliyindən verilən məlumata görə, ayətullah Quminin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də Moskvada fəaliyyətinə başlayıb.
Səfər zamanı ayətullah Qumi Rusiyanın dini liderləri ilə görüşlər keçirməyi, həmçinin bu ölkədə yaşayan iranlı tələbələrlə bir araya gəlməyi planlaşdırır. Səfərin qısa müddətli olduğu bildirilir.
ŞƏRHLƏRŞƏRH YAZ