Onlayn ictimai-siyasi qəzet
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani yenidən Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllinə çağırıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
O deyib ki, İran ölkələr arasında sərhəddə gərginliyin artmasından narahatdır.
Çərşənbə axşamı verdiyi bəyanatda Kənani Ermənistan və Azərbaycanı iki ölkə sərhədində bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən toqquşmalardan sonra təmkinli olmağa çağırıb.
Diplomat dialoq və diplomatiyanın Qafqaz regionunda sabit və daimi sülhün yeganə yolu olduğunu təsdiqləyib, hər iki ölkəni sülh sazişinin əldə edilməsi üçün səyləri sürətləndirməyə çağırıb.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ