Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının yeni sanksiyalarından sonrs İranın Avropa Birliyinə uça bilən yeganə aviadaşıyıcısı olan Iran Air Avropaya uçuşları dayandırır.
Musavat.com xəbər verir ki, məlumatı İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maksud Əsədi Samani açıqlayıb.
Əsədi Səmani əlavə edib ki, İrandan Avropaya uçuşlara ölkədə böyük tələbat var və yəqin ki, bu uçuşlar xarici aviaşirkətlərlə həyata keçiriləcək.
Onun sözlərinə görə, “u vəziyyətdə Avropaya bəzi uçuşlar artıq Türkiyə və ya BƏƏ kimi ara ölkələrdə birləşdirici reyslər vasitəsilə həyata keçiriləcək: "Bəzi Avropa aviaşirkətlərinin İrana birbaşa uçuşlar təşkil etməsi mümkündür, lakin hazırda İrandan gələn sərnişinlər Avropaya səyahət etmək üçün birləşdirici reyslərdən istifadə etməyə məcburdurlar. Onlar (Aİ – red.) həyasızcasına bəyan edirlər ki, bu sanksiyaların İran xalqına zərər verməsini istəmirlər, lakin bu məhdudiyyətlər birbaşa İran xalqının həyatına təsir edir”.
Xatırladaq ki, oktyabrın 14-də Avropa İttifaqı İranın üç aviaşirkətinə: İranın milli aviadaşıyıcısına, İranın ən böyük özəl aviaşirkəti Mahan Air və orduya məxsus Saha Airlines-a qarşı sanksiyalar tətbiq edib.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ