İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı aksiyalarda öldürülən uşaqların sayı açıqlandı

2022-ci ilin sentyabr ayının 27-də İranda başlayan ümumxalq etiraz aksiyalarının ilk 3 ayı ərzində 71 uşaq hökumət məmurları tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatlarının son hesabatında bildirilib.

Onların arasında 2 yaşlı Mirşikari, 7 yaşlı Diana Mahmudi, 8 yaşlı Həsti Naruyi və 9 yaşlı Kiyan Pirfələk kimi azyaşlıların da adları var.

Həbsxanalarda işgəncələrə və cinsi zorakılığa məruz qaldıqları üçün azadlığa buraxıldıqdan sonra intihar edən yeniyetmələrin də adları hesabata daxil edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR