İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Yeni il şənliyində qadınlarla içki içən futbolçular həbs edildi

Bir neçə iranlı futbolçu şənbə günü Tehranda həbs edilib.

Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, onlar qadınların da olduğu Yeni il gecəsində içki içiblər.

Futbolçuların arasında Tehranın böyük futbol klublarından birinin keçmiş oyunçusu da olub, ötən gecə Dəmavənd şəhərində qarışıq şənlikdə həbs ediliblər.

Bəzi futbolçuların “spirtli içki qəbul etdikdən sonra adekvat vəziyyətdə olmadığı” qeyd edilib.

Qeyd edək ki, İranda spirtli içkilərin istehlakı və satışı qadağandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR