İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yaşayan soydaşımız dünya rekordu qırdı

İranlı atlet Quti Musəvi ekstremal güc idman növləri üzrə dünya rekorduna imza atıb

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Təbriz şəhərindən olan Quti Musəvi 18 tonluq təyyarəni dartaraq hərəkətə gətirib.

Onun sözlərinə görə, bu nailiyyəti əldə etmək üçün illərlə məşq edib.

"Əllərimə baxsanız, bu məqsədə çatmaq üçün nə qədər səy göstərdiyimi görəcəksiniz", - deyə soydaşımız olan Q.Musəvi bildirib.

Qeyd edək ki, 2022-ci ildə Q.Musəvi ağır tonnajlı maşını hərəkətə gətirə bilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR