Onlayn ictimai-siyasi qəzet
“The Washington Post”un məlumatına görə, İranda benzinə tələbatın həddən artıq artması səbəbindən yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Musavat.com bildirir ki, ehtimala görə, bu, yerli sakinlərin ölkəyə hava hücumlarının ola biləcəyi ilə bağlı narahatlıqları ilə əlaqədardır. Bu şayiələr beynəlxalq gərginliyin artması və İsrailin hərbi kabinetinin iclası ilə bağlı xəbərlərin fonunda güclənir. İran vətəndaşları hər an İsraillə müharibənin başlayacağını düşünürlər.
İddia olunur ki, iranlılar mümkün yanacaq çatışmazlığına hazır olmaq üçün yanacaq almağa başlayıblar. Böyük şəhərlərin sakinləri narahatdırlar ki, İsrail Hava Qüvvələrinin hücumları zamanı mühüm infrastrukturlar, o cümlədən neft emalı zavodları və nəqliyyat yolları zədələnə bilər ki, bu da yanacaq və digər həyati resursların çatışmazlığına səbəb ola bilər.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ