Onlayn ictimai-siyasi qəzet
"İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin ruhi xəstə olması İranın arqumentidir".
Oxu.Az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi başadüşülən deyil.
"O, məqsədli şəkildə terror törədib, şüuru da yerində olub. Tutulandan sonra isə o, İran televiziyalarına müsahibə verdi", - deyə qurumun sözçüsü əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ