Onlayn ictimai-siyasi qəzet
Ərdəbildə yaşayan Bəhram Əşcə adlı azərbaycanlı gənc ETTELLAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasından buraxıldıqdan bir gün sonra şübhəli şəkildə dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Bildirilir ki, o, iki həftə öncə ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən "sosial şəbəkələrdə fəaliyyət və fəallarla ünsiyyət" ittihamı ilə saxlanılıb.
Onu da bildirək ki, bundan öncə də oxşar hadisələr baş verib. Saxlanılan gənclər ya sonradan xəstəliyə tutulublar, ya da qəfildən ölüblər.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ