Onlayn ictimai-siyasi qəzet
İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
“Səsvermə vaxtı sona çatıb. Bu seçki kampaniyasının başa çatdığını göstərir”, – o, IRIB telekanalında deyib. Qurum rəsmisi həmçinin seçki komissiyasının region şöbələrinin bütün əməkdaşlarına və bütün seçki təşkilatçılarına təşəkkür edib. Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayır.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı olsa da, istilərə görə - Tehranda bu gün havanın temperaturu 40 dərəcəni keçib, ölkənin cənubunda isə 51 dərəcəyə çatıb - səsvermə üçün vaxt üç dəfə uzadılıb, yekunda yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.
***
İranda prezident seçkiləri başa çatıb.
Musavat.com xəbər verir ki, artıq səslərin sayılmasına başlanılıb.
İranın Seçki Qərargahının sözçüsü Mohsen Eslami bildirir ki, kənd seçki məntəqələrində səslərin sayılmasına başlanılıb.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ