İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda modellik fəaliyyətinə görə 20-yə yaxın qadın həbs edildi

Mayın 30-da (dünən) Buşehr əyalətinin Polis İdarəsinin komandiri Heydər Susəni “İnstagram”da modellik fəaliyyəti ilə məşğul olan 13 nəfərdən bəzilərinin saxlanıldığını, digərlərinin isə məhkəməyə çağırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Bildirilib ki, həmin şəxslərin sosial media hesabları da Fəta (Kiberməkana Nəzarət) Polisi tərəfindən qapadılıb.

Həbs olunanlar “uyğunsuz paylaşımlar etmək”də ittiham ediliblər. Qeyd olunub ki, saxlanılan qadınlar 6 gözəllik salonu üçün model kimi xidmət göstəriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR