İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.

Musavat.com xəbər verir ki, İranın Sib və Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Məlumatı Haalvsh Telegram kanalı yayıb. Bildirilir ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan Ceyşül-Ədl silahlı qruplaşması üzərinə götürüb.

Musavat.com xəbər verir ki, hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR