İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Haniyənin ölümü ilə bağlı HƏBSLƏR BAŞLADI 

İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü hərbi qonaq evinin mühafizəsinə məsuliyyət daşıyanların həbsi başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, həbs olunanların sırasında yüksək rütbəli kəşfiyyatçılar, hərbi məmurlar da var.

Hücumdan dərhal sonra təhlükəsizlik agentləri qonaq evinin bütün əməkdaşlarını təcrid edib və onların elektron cihazlarını, o cümlədən mobil telefonlarını müsadirə ediblər. Agentlər həmçinin Tehranın təhlükəsizliyinə cavabdeh olan yüksək səviyyəli kəşfiyyat zabitlərinin və hərbi zabitlərin ifadəsini alıblar.

İranın kəşfiyyat xidməti hələ də ölkədə “Mossad”ın işə götürdüyü agentlərin olduğuna inandığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR