İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazçılarla toqquşmalarda 10 polis əməkdaşı yaralanıb, ölənlər var

İranın paytaxtı Tehranın ətrafındakı Kərəcdə polislə etirazçılar arasında toqquşmalar zamanı 10 polis əməkdaşı yaralanıb.

"Report" IRNA-ya istinadən xəbər verir ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

“Associated Press” isə qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında ölənlər ola bilər. Agentlik İran dövlət mediasına istinadən azı iki nəfərin öldüyünü və mediada polis maşınına hücumun fotolarını yaydığını bildirib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polis helikopterinin etirazçılar üzərində dövrə vurduğu görünür.

Xatırladaq ki, etiraz aksiyası nümayiş zamanı güllələnən 22 yaşlı Hədis Nəcəfinin ölümünün 40-cı günündə səhər saatlarında başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR