İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Trampı raketlə vuracaq, özü də Amerikada- İddia  

Prezident qorxusundan öz təyyarəsinə yox, başqasına minib

ABŞ prezidenti Trampın komandası təhdid xəbərindən sonra İran casusunun onun təyyarəsini raketlə vuracağından narahatdır.

Musavat.com xəbər verir ki, bunu İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli yazıb.

 Jurnalist xarici mənbələrə istinadən qeyd edib ki, İran Donald Trampı öldürmək üçün sui-qəsd hazırlayıb və prezidentin təyyarəsini vurmağa cəhd ediləcəyi istisna deyil:

 “Narahatlıq o həddə çatıb ki, Trampın hakimiyyətə gəlməsi ilə bağlı çıxan kitabın təqdimatına prezident özünün tanınan “Tramp Force One” təyyarəsi ilə yox, ayrı bir təyyarə ilə uçub. Keçən il prezident seçkiləri kampaniyası zamanı ABŞ hüquq-mühafizə orqanları Tramp və komandasına xəbərdarlıq etmişdi ki, Tehran ABŞ-da yer-hava raketlərinə çıxışı olan əməliyyatçılar yerləşdirib və Trampa qarşı sui-qəsd planı hazırlayıb... Bu xəbəri Britaniyanın “The İndependent” qəzeti yayıb...

Qəzet xatırladır ki, İranın Trampı öldürməyə hazırlaşdığı iddiası noyabr ayında Amerika Ədliyyə Departamentinin rəsmiləri tərəfindən ictimaiyyətə çatdırılıb... O da vurğulanır ki, İranın Trampı hədəf alması ilə bağlı narahatlıq prezidentin 2020-ci ildə İranın yüksək səviyyəli hərbi lideri Qasım Süleymaninin öldürülməsinə verdiyi əmrdən sonra ortaya çıxıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR