İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmisi: “ Ölkəmizdə qadınlar iqtisadi layihələrdə və elmi araşdırmalarda fəal iştirak edirlər”

“İranda qadınların savadlılıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb”.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi yanında Qadınlara dair beynəlxalq məsələlər üzrə direktor Zəhra Varizi Dozeyn noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İran hökuməti ölkənin qadın əhalisinin savadlılığının artırılması üçün çox çalışır və bunun sayəsində qadınlar arasında təhsil səviyyəsi 35 faizdən 90 faizə yüksəlib:

“Qadınlar iqtisadi bilik məsələlərində mühüm rol oynayırlar. Onlar müxtəlif iqtisadi layihələrdə və elmi tədqiqatlarda fəal iştirak edirlər. Startapların idarə olunmasında qadınların roluna xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, qadınlar rəqəmsal transformasiyada aparıcı qüvvədir. Hökumət həmçinin informasiya və kommunikasiya texnologiyalarına (İKT) çıxışı təmin etməklə qadın sahibkarları dəstəkləyir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR