İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmisi: "Əgər nüvə silahı yaratmaq istəsək..."

“Əgər nüvə silahı yaratmaq istəsək, heç kim bizə mane ola bilməz”.

Konkret.az xəbər verir ki, bunu keçmiş İran diplomatı və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Məhəmməd Cavad Laricani deyib.

İranın keçmiş xarici işlər naziri Kamal Xərrazinin Tehranın atom bombası yaratmaq üçün texniki imkanları barədə bəyanatının yayılmasından bir neçə saat sonra keçmiş İran diplomatı Məhəmməd Cavad Laricani də televiziya proqramında deyib ki, İran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz.

“Xamneyinin fətvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir, lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”,- deyə o əlavə edib.

Laricani bazar günü axşam İran televiziyasının 2-ci kanalının “Xüsusi xəbər söhbəti” verilişində deyib:

“İnanıram ki, nüvə danışıqları zamanı yaranan lənglik tez bir zamanda bərpa olunacaq və bu güc bombardman etməklə məhv edilə biləcək bir şey deyil”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR